BAKI, 22 aprel. TELEQRAF

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutteni qəbul edib.

Teleqraf xəbər verir ki, Ankarada bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri iştirak Yaşar Gülər və Prezidentin müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Görüşdə Ankarada keçiriləcək NATO Liderlər Zirvəsinə hazırlıqlar, Alyansın gündəliyindəki mövzular, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bölgəmizdəki qeyri-sabit mühitin NATO müttəfiqləri arasında əməkdaşlığın və həmrəyliyin əhəmiyyətini bir daha nümayiş etdirdiyini və Ankara Zirvə Toplantısında müttəfiqlər arasında həmrəyliyi gücləndirəcək qərarlar qəbul edilməsini gözlədiklərini bildirib.

Ərdoğan Türkiyənin müdafiə sənayesində, xüsusən də hava hücumundan müdafiə sistemlərindəki potensialını gündən-günə artırdığını və bu sahədə müttəfiq ölkələrlə əməkdaşlığı daha da inkişaf etdirməyi hədəflədiyini bildirib.

Ərdoğan bildirib ki, Türkiyə İrana qarşı hücumlarla başlayan prosesdə sülh və diplomatiyanın tərəfində yer alıb.

Görüşdə Prezident Ərdoğan Türkiyənin Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə başa çatması və liderlər səviyyəsində danışıqlara başlamaq üçün səylərini davam etdirdiyini və danışıqları canlandırmaq