BAKI, 22 aprel. TELEQRAF
ABŞ-nin Fars körfəzi və Asiyadakı bəzi müttəfiqləri İrana qarşı müharibə nəticəsində enerji qiymətlərinin artması fonunda Vaşinqtondan maliyyə dəstəyi istəyiblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.
Bessentə görə, onlara ABŞ valyutasının verilməsinin qlobal bazarda dollar aktivlərinin nizamsız şəkildə satılmasının qarşısını alacaq.
"Körfəz müttəfiqlərimizin çoxu svop xətləri tələb edib. Yəqin ki, BƏƏ haqqında oxumusunuz və Federal Ehtiyatdan və ya Xəzinədarlıqdan olan svop xətləri dollar maliyyələşdirmə bazarlarında nizam-intizamı qorumaq və ABŞ aktivlərinin nizamsız satışının qarşısını almaq üçün nəzərdə tutulub", - deyə o bildirib.
Nazir qeyd edib ki, mübadilə xətti həm BƏƏ, həm də ABŞ-yə fayda verəcək.