BAKI, 17 aprel. TELEQRAF
Ukrayna hava hücumundan müdafiə sistemlərinin Kiyevə köçürülməsi ilə bağlı tərəfdaşları ilə gündəlik əlaqə saxlayır və öz müdafiə imkanlarını gücləndirmək istiqamətində irəliləyir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfdaşları ilə birlikdə ölkə daxilində hava hücumundan müdafiə sistemləri və raketlərin istehsalına şərait yaradılması istiqamətində addımlar atır:
“Ukraynada tərəfdaşlarımızla birlikdə bütün zəruri hava hücumundan müdafiə sistemlərini və raketləri istehsal edə biləcəyimiz şərtlərə doğru irəliləyirik. Bu, Ukrayna üçün uzunmüddətli qorunmanı təmin edəcək ciddi strateji məqsəddir”.
Zelenski qeyd edib ki, ölkə üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətləri sırasında silah paketləri, lazımi silahların istehsalı imkanları, həmçinin bu sahədə lisenziyalar və sənaye bazasının yaradılması mühüm yer tutur.