BAKI, 17 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Prezident Novo-Oqaryovoda işləyir. Günün ikinci yarısında dövlət başçısının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirəsi planlaşdırılır. İclasın mövzusunu ənənəvi olaraq prezident özü müəyyən edəcək", - D.Peskov bildirib.
Kreml rəsmisi həmçinin əlavə edib ki, bu gün V.Putinin qrafikində irimiqyaslı ictimai tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb.