BAKI, 17 aprel. TELEQRAF
ABŞ İranda həyata keçirilən əməliyyat səbəbindən Avropa ölkələrinə silah tədarükünü təxirə salır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Vaşinqton bəzi Avropa liderlərini silah göndərişlərində gecikmələr olacağı barədə məlumatlandırıb.
Qeyd olunur ki, gecikmələr bir sıra Avropa İttifaqı ölkələrini, o cümlədən Baltikyanı və Skandinaviya dövlətlərini əhatə edəcək. Bildirilir ki, İrandakı müharibə ABŞ-nin hərbi ehtiyatlarını tükəndirdiyi üçün əvvəllər bağlanmış müqavilələr üzrə tədarüklər tam həcmdə həyata keçirilə bilməyəcək.
Məlumata görə, Ağ ev rəsmiləri Yaxın Şərqdəki münaqişə fonunda ABŞ hərbi-sənaye kompleksinin artan tələbatı qarşılaya bilməyəcəyindən narahatdır. Bu səbəbdən bəzi ölkələrə silah tədarükünün azaldılması variantı da nəzərdən keçirilir.