BAKI, 17 aprel. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin imkanlarının məhdud olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, RT telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trump dünya ictimaiyyətinə ölkəsinin həqiqi simasını nümayiş etdirib:

“Bu, bütün dünyaya ABŞ-nin əsl simasını və imkanlarını göstərdi. ABŞ istədiyi hər şeyi edə bilməz. Onun da gücünün çatmadığı məqamlar var” - Belarus Prezidenti qeyd edib.

A.Lukaşenko həmçinin qeyd edib ki, Vaşinqtonun digər ölkələrin maraqlarını nəzərə almağa məcbur qalacağı dövr uzaqda deyil: "Amerika supergücdür, amma dünyada tək supergüc olan o deyil. Bunu hamı başa düşür. Amerikanın əsas düşməni Çindir. Əgər amerikalılar İranla bacara bilmədilər. Mən bunu çoxdan demişdim; Çinlə oyun oynamayın. Onların bacara bilməyəcəkləri şey yoxdur. ABŞ təkcə Çin və Rusiyanı deyil, həm də öz milli maraqları olan digər ölkələri də nəzərə almalıdır".