BAKI, 17 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Roma Papası XIV Lev ilə görüşə ehtiyac görmədiyini bildirib.

Teleqraf xəbər verir ki, ABŞ lideri jurnalistlərin sualını cavablandırarkən bunun zəruri olduğunu düşünmədiyini bildirib.

O, həmçinin Papa tərəfindən İranla bağlı mövqeyin nəzərə alınmalı olduğunu bildirib və Tehranın nüvə silahına malik olmamalı olduğunu deyib.

Məlumata görə, Tramp pontifikə qarşı sərt ifadələr işlətməsindən peşman olub-olmadığı barədə suala da mənfi cavab verib: “Mən düzgün hesab etdiyimi etməliyəm. Papa ilə razılaşmamaq hüququm var. O istədiyini deyə bilər, mən də onunla razılaşmaya bilərəm”.

Qeyd edək ki, son həftələr Papa XIV Lev Yaxın Şərqdəki vəziyyətlə bağlı sərt müharibə əleyhinə çıxışlar edir. Bu çıxışlar ABŞ administrasiyasının regiondakı siyasətinə tənqid kimi qiymətləndirilir. Tramp isə daha əvvəl sosial şəbəkədə pontifiki cinayətkarlıq və xarici siyasət məsələlərində zəif olmaqda ittiham etmişdi.