BAKI, 17 aprel. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 93,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Xidmətdən Teleqraf-a verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir.

Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində 14 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 79,8 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 141-i qeyri-yaşayış, 1.127-si torpaq sahələri üzrə olmaqla 1.268 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 13,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 93,6 milyon manat vəsait daxil olub.