BAKI, 17 aprel. TELEQRAF
"Türkiyə regional gərginliyin artdığı bir dövrdə tərəflərin səbirli və təmkinli davranmasını, həmçinin dəniz yollarında sərbəst hərəkətin təmin olunmasını vacib hesab edir".
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumundakı çıxışı zamanı deyib.
O, həmçinin strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı Ankaranın qəti mövqeyini ifadə edib:
"Hörmüzün bir tərəfi İran, digər tərəfi isə Omandır. Körfəz ölkələrinin açıq dənizlərə çıxış hüququ məhdudlaşdırılmamalıdır. Əsas odur ki, müəyyən edilmiş qaydalar əsasında sərbəst gəmiçilik təmin edilməlidir və Hörmüz ticarət gəmiləri üçün açıq tutulmalıdır".
Ərdoğan həmçinin qeyd edib ki, müharibələr qonşu coğrafiyalardakı enerji qaynaqlarının beynəlxalq bazarlara çatdırılması üçün alternativ marşrut axtarışlarını sürətləndirib: "Türkiyə olaraq enerji və kommunikasiya sahələrində, xüsusilə "İnkişaf yolu" kimi vizyon layihələrlə qonşularımızla əməkdaşlığa tam açıq olduğumuzu bir daha bəyan edirəm".