BAKI, 12 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etmədiyi halda, ABŞ hərbi zərbələri davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Fox News" telekanalına müsahibəsində ABŞ-nin İrana qarşı əməliyyatlarını davam etdirib-etdirməyəcəyi ilə bağlı suala cavab verərkən danışıb.
ABŞ lideri bildirib ki, rəsmi Tehran Vaşinqtonun tələblərini qəbul etməzsə, hərbi zərbələr davam edəcək.
Tramp həmçinin iddia edib ki, zərurət yaranarsa, ABŞ qüvvələri qısa müddət ərzində İranın bütün körpülərini və elektrik stansiyalarını məhv etmək imkanına malikdir.