BAKI, 12 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkədə yanacaq qiymətlərinin Konqresə aralıq seçkilər ərəfəsində arta biləcəyini istisna etməyib, lakin bu vəziyyətin uzun çəkməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Donald Tramp "Fox News" telekanalına müsahibəsində İrana qarşı müharibə fonunda neft və qaz qiymətlərinin dəyişməsi ilə bağlı suala cavab verərkən bu fikirləri səsləndirib.
ABŞ lideri bildirib ki, qiymətlərin ya eyni səviyyədə qalması, ya da bir qədər artması mümkündür. Onun sözlərinə görə, artım olsa belə, bunun uzunmüddətli olmayacağı gözlənilir.
Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkilər noyabr ayında keçiriləcək.