BAKI, 12 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinin İrana silah tədarükü ehtimalına qarşı sərt xəbərdarlıq edərək, bunun Pekin üçün ciddi problemlər yarada biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Donald Tramp bu fikirləri Ağ evin Cənub qazonunda jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

ABŞ lideri bildirib ki, əgər Çin İrana silah göndərərsə, bu halda Pekin böyük problemlərlə üzləşə bilər.

Daha əvvəl isə CNN telekanalı Çinin yaxın həftələrdə İrana hava hücumundan müdafiə vasitələri göndərə biləcəyi barədə məlumat yayıb.