BAKI, 6 aprel. TELEQRAF
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-nin ölkə ərazisində həyata keçirə biləcəyi istənilən quru əməliyyatının uğursuzluqla nəticələnəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, İran tərəfi mümkün hərbi müdaxiləyə qarşı sərt xəbərdarlıq edib.
“İrana qarşı hər hansı təcavüz, quru əməliyyatı və ya düşmənin ölkə ərazisinə daxil olması İran ordusu və səfərbər olunmuş xalq qüvvələri tərəfindən qəti və rüsvayçı məğlubiyyətə uğradılacaq”, - deyə Baş Qərargahın bəyanatında qeyd olunub.
İran tərəfi vurğulayıb ki, ölkənin müdafiə qüvvələri istənilən təhlükəyə qarşı tam hazırlıq vəziyyətindədir.