BAKI, 6 aprel. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin Ambarne kəndinə nəzarəti bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusunun bölmələri Ambarne ətrafındakı meşəlik əraziləri Rusiya qüvvələrindən təmizləmək üçün uğurlu əməliyyat keçirib.
Sözügedən yaşayış məntəqəsi sərhəd zonasında yerləşir.
“Ordumuzun bölmələri Dvoriçansk istiqamətində də Ukrayna torpaqlarını azad etmək üçün döyüş tapşırıqlarını yerinə yetirməyə davam edir və düşməni tədricən Ukrayna ərazisindən çıxarırlar”, - məlumatda qeyd edilib.