BAKI, 6 aprel. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri səhər saatlarında İranın paytaxtı Tehran və ətrafını qırıcı təyyarələrlə bombardman edib.

Teleqraf xəbər verir ki, hücum zamanı paytaxtın cənub və şərq, o cümlədən Mehrabad, Ekbatan, Sadeqiyyə və Tehran-Pars hədəfə alınıb.

Kərəc, Fərdis və Əndişədə də silsilə partlayışlar baş verib.

Bəndər-Abbas və Xürrəmabad şəhərləri də hücuma məruz qalıb.