BAKI, 6 aprel. TELEQRAF

İran parlamentinin üzvü Əlaəddin Borucerdi ölkənin uzun illər davam edə biləcək müharibə şəraitində belə raket və strateji ehtiyat baxımından çətinlik yaşamayacağını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Al Mayadeen” telekanalına açıqlamasında danışıb.

Onun sözlərinə görə, müharibə aylarla və ya illərlə davam etsə belə, İranın raket arsenalı və strateji imkanları kifayət edəcək. Borucerdi həmçinin qeyd edib ki, İran ordusunun müdafiə imkanları qarşısında rəqib, müasir silahlara malik olmasına baxmayaraq, məğlubiyyətə uğrayıb.