BAKI, 6 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trump İrana Amerika qoşunlarının göndərilməsi ehtimalını istisna etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "The Hill" qəzetinə müsahibəsində danışıb.
Nəşrin məlumatına əsasən, ABŞ lideri İrana quru qoşunlarının göndərilməsinin istisna olunub-olunmadığı sualına mənfi cavab verib və bildirib ki, ağıllı insanlar razılaşmaya gedərdi.
Tramp əlavə edib ki, əgər razılaşma əldə olunmasa, ABŞ İran ərazisində istənilən infrastruktur obyektinə zərbə endirmək imkanını nəzərdən keçirə bilər.