GƏNCƏ, 6 aprel. TELEQRAF

Gəncədə dəm qazından ölən tələbənin fotosu yayılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 19 yaşlı Ləman Əliyevanın ölümü ilə bağlı Gəncə Dövlət Universitetinin kollektivi də tələbənin ailə üzvülərinə baş sağlığı verib.

Ağcəbədi rayonundan olan L. Əliyeva Gəncə Dövlət Universitetinin Tarix və çoğrafiya fakultəsinin birinci kurs tələbəsi idi.

***

5.04.2026

21:40

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2007-ci il təvəllüdlü Ləman Əliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, 19 yaşlı qız Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin birinci kurs tələbəsi olub.