BAKI, 6 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağına görə aparılıb.