BAKI, 5 aprel. TELEQRAF
Nigeriya ordusu Kaduna ştatında Pasxa ibadəti zamanı terrorçular tərəfindən bir kilsədə girov götürülmüş 31 nəfəri azad edib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun rəsmi hesabında yayımlanan bəyanatda bildirilib.
Girovlar Ariqo kəndində, Kaçiya bölgəsindəki kilsədə saxlanılıb. Hadisə zamanı beş nəfər ölüb. Ordunun hərbi qüvvələri hücum edən şəxslərin təqibini davam etdirir.