BAKI, 6 aprel. TELEQRAF

Son 24 saat ərzində Hörmüz boğazından 15 gəmi keçib.

Teleqraf xəbər verir ki, "Fars" agentliyinin yaydığı xəbərdə bildirilir ki, sözügedən gəmilər İran hakimiyyətinin müvafiq icazəsindən sonra boğazı keçə bilib.

Agentliyin məlumatına əsasən, İrandan icazə aldıqdan sonra 24 saat ərzində 15 gəmi Hörmüz boğazını keçib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji və ticarət daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biri hesab olunur.