BAKI, 6 aprel. TELEQRAF
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin mülki obyektlərinə edilən hücumlara daha sərt cavab veriləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, İran tərəfi cavab zərbələrinin iki dəfə daha güclü olacağını açıqlayıb.
“İranın mülki hədəflərinə edilən hər hansı hücum İslam Respublikasının ordusu tərəfindən ikiqat cavabla qarşılanacaq”, - deyə Baş Qərargahın bəyanatında qeyd olunub.
İran tərəfi bununla mümkün hücumlara qarşı qətiyyətli mövqeyini ortaya qoyduğunu vurğulayıb.