BAKI, 6 aprel. TELEQRAF

İranın mərkəzi hissəsində yerləşən Qum şəhərində yaşayış məhəllələrindən biri hava hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, barədə Qum vilayəti qubernatorunun müşaviri açıqlama verib.

Onun sözlərinə görə, hücum ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirilib və yaşayış ərazisini hədəf alıb.

“Amerika-İsrail qüvvələrinin hücumu şəhərin yaşayış məhəllələrindən birinə yönəlib”, - deyə rəsmi şəxs bildirib. Onun sözlərini Al Mayadeen telekanalı yayıb.

Bildirilib ki, hadisədən sonra xilasetmə qrupları dağıntıların altından sağ qalanların axtarışına başlayıb.