BAKI, 6 aprel. TELEQRAF

Danimarka ABŞ-nin mümkün hərbi müdaxiləsi halında Qrenlandiyada yerləşən aerodromların uçuş-enmə zolaqlarını sıradan çıxarmaq üçün diversiya planı hazırlayıb.

Teleqraf xəbər verir ki, "National Interest" nəşri yazır ki, danimarkalı xüsusi təyinatlılar ABŞ ordusunun genişmiqyaslı eniş imkanlarını çətinləşdirmək məqsədilə belə bir ssenari üzərində işləyiblər.

Qeyd olunur ki, plan çərçivəsində əsas hədəf Qrenlandiyadakı uçuş-enmə zolaqlarının istifadəyə yararsız vəziyyətə salınmasıdır ki, bu da böyük sayda hərbi qüvvənin yerləşdirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Bundan əvvəl "Reuters" agentliyi qeyd edib ki, Donald Trump Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi halında impiçment riski ilə üzləşə bilər.