BAKI, 6 aprel. TELEQRAF

Hörmüz boğazından keçən neft tankerlərinin sayı son silahlı qarşıdurmalar fonunda kəskin azalıb.

Teleqraf "Al Hadath" telekanalına istinadən xəbər verir ki, Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zayani bildirib ki, fevralın 28-dən etibarən boğazdan keçən tanker trafiki 90 faizdən çox azalıb.

Onun sözlərinə görə, mövcud vəziyyət beynəlxalq hüquq prinsipləri, qlobal sabitlik və ərzaq təhlükəsizliyi üçün real təhdid yaradır. Nazir qeyd edib ki, böhranın həllində zaman amili həlledici rol oynayır və vəziyyət təcili beynəlxalq müdaxilə tələb edir.