BAKI, 6 aprel. TELEQRAF

İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında ABŞ helikopterlərinin hücumu zamanı dörd zabit həlak olub.

Teleqraf xəbər verir ki, "Al Hadath" telekanalı bildirir ki, hadisə İranın hava hücumundan müdafiə qüvvələrinin ABŞ-a məxsus helikopterlərlə toqquşması zamanı baş verib.

Telekanalın məlumatına əsasən, İsfahan yaxınlığında ABŞ helikopterləri ilə baş verən qarşıdurmada İran HHM qüvvələrinin dörd zabiti həlak olub.