BAKI, 6 aprel. TELEQRAF
İsrailin milli aviadaşıyıcısı "El Al" ölkədə tətbiq olunan məhdudiyyətlər səbəbindən bütün müntəzəm reyslərini 18 aprel daxil olmaqla ləğv edib.
Teleqraf xəbər verir ki, TASS agentliyinin yaydığı xəbərdə bildirilir ki, hazırda İsrail hakimiyyətinin qərarına uyğun olaraq fövqəladə uçuş cədvəli tətbiq olunur. Bu çərçivədə məhdud sayda istiqamət üzrə və az sayda sərnişinlə reyslər həyata keçirilir.
Şirkətin açıqlamasına əsasən, “Şir nərəsi” əməliyyatından əvvəl satılmış və İsraildən 18 aprelədək planlaşdırılan bütün müntəzəm uçuş biletləri, eləcə də geri dönüş reysləri ləğv edilib.
Bununla yanaşı, fövqəladə cədvəl çərçivəsində Nyu-York, Los-Anceles, Mayami, Banqkok, London, Paris, Roma və Afina istiqamətlərinə məhdud sayda reyslər icra olunur.