BAKI, 6 aprel. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçid rejiminin artıq əvvəlki kimi olmayacağını bəyan edib.

Teleqraf xəbər verir ki, xüsusilə ABŞ və İsrail üçün bu marşrut üzrə qaydalar dəyişəcək.

“Хörmüz boğazı heç vaxt əvvəlki statusuna qayıtmayacaq, xüsusilə ABŞ və İsrail üçün”, - deyə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri İran hakimiyyətinin Fars körfəzində yeni qaydaların tətbiqi planı çərçivəsində əməliyyat hazırlıqlarını yekunlaşdırmaq üzrədir.