BAKI, 6 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda "Karvan-Yevlax"ı qəbul edəcək.

Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüş saat 19:00-da baş tutacaq. Hazırda Qurban Qurbanovun komandası 52 xalla turnir cədvəlinin 2-ci, Fizuli Məmmədovun kollektivi isə 8 xalla sonuncu - 12-ci yerdə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XXVI tur
6 aprel
19:00. “Qarabağ” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Emin Əliyev
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, XXVI turun ilk oyunlarında "Qəbələ" səfərdə "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. Tura aprelin 7-də yekun vurulacaq.