BAKI, 6 aprel. TELEQRAF

Nyu-York birjasında qızıl bahalaşıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.30% artaraq 4,694 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.36% ucuzlaşaraq 72.66 ABŞ dolları təşkil edib.