BAKI, 6 aprel. TELEQRAF

ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatın xərcləri 42 milyard dolları ötüb.

Teleqraf xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalının qeyri-rəsmi məlumatlarında bildirilir. Portal real vaxt rejimində ABŞ-ın sözügedən əməliyyat üzrə xərclərini hesablayır.

Qeyd olunur ki, əməliyyatın başlanmasından ötən 36 gün ərzində ümumi xərclər 42 milyard dollardan çox olub.

Bundan əvvəl CNN telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ əməliyyatın əvvəlindən etibarən azı yeddi hərbi təyyarə itirib.