BAKI, 5 aprel. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə aid pilotsuz uçuş aparatı Beyrutun şərq qəsəbəsi Ayn-Saadədəki "Tilal" yaşayış kompleksindəki bir mənzilə dəqiq zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, hücum nəticəsində ölənlər və yaralananlar var, onların sayı hələki müəyyənləşdirilir.