BAKI, 6 aprel. TELEQRAF
Macarıstanın baş naziri Viktor Orban Avropanı ciddi enerji böhranının gözlədiyini bildirib və Ukraynanın hərəkətlərinin Rusiya enerji resurslarının tədarükünə maneə yaratdığını qeyd edib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, Avropaya görünməmiş enerji böhranı yaxınlaşır və Avropa İttifaqı ölkələri Rusiyadan daha çox enerji almağa ehtiyac duyacaq.
“Ukrayna illərdir Avropanı Rusiya enerjisindən ayırmaq üçün çalışır”, - deyə Orban "RIA Novosti"yə bildirib.
Macarıstanın baş naziri həmçinin “Şimal axını” qaz kəmərinin partladılmasını, Macarıstana qaz tranzitinin dayandırılmasını və “Drujba” neft kəmərinin bağlanmasını xatırladıb. O əlavə edib ki, “Türk axını”nın Rusiya hissəsi mütəmadi olaraq hərbi hücumlara məruz qalır.
Orban vurğulayıb ki, Ukraynanın fəaliyyəti Macarıstan üçün həyati təhlükə yaradır.