BAKI, 30 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın təyyarəsi yaxınlığında uçan pilotsuz uçuş aparatı Florida ştatında yerləşən Palm-Biç hava limanında uçuşların müvəqqəti dayandırılmasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "CBS 12" telekanalı məlumat yayıb.
Məlumata görə, Palm-Biç beynəlxalq hava limanında (PBI) "Air Force One" təyyarəsi yaxınlığında qeydə alınan pilotsuz uçuş aparatı ilə bağlı insidentdən sonra uçuşlar dayandırılıb və əraziyə nəzarət üçün helikopterlər havaya qaldırılıb.
Jurnalist Endryu Faynberq isə bildirib ki, həmin vaxt təyyarə havaya qalxmağa cəhd etmirdi. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp insident zamanı qolf oynayırdı.