BAKI, 17 mart. TELEQRAF

Fransa Hörmüz boğazının açılması üçün heç bir əməliyyatda iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Milli Müdafiə Şurasının iclasında bildirib.

"Fransa heç bir halda mövcud şərtlər daxilində Hörmüz boğazının açılması və ya blokdan çıxarılması əməliyyatlarında iştirak etməyəcək" - Makron qeyd edib.