BAKI, 13 mart. TELEQRAF
Türkiyə bütün təhdidlərə qarşı durmağa hazırdır və İran ətrafındakı münaqişəyə cəlb olunmamaq üçün lazımi tədbirləri görür.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ənənəvi Ramazan iftarı süfrəsində bildirib.
Ərdoğan İrandan atılan və Türkiyə üzərində vurulan raketlə bağlı hadisəni şərh edərkən bildirib ki, hava məkanını pozan istənilən təhdidə qarşı lazımi təhlükəsizlik tədbirləri görüləcək: "Əsas məqsədimiz ölkəmizi bu atəş çəmbərindən qorumaqdır. Səylərimiz yalnız hadisələrin görünən tərəfinə deyil, həm də pərdəarxası hadisələrə yönəlib. Hər şeyi ən kiçik detallarına qədər təhlil edib öyrənərək mümkün ssenariləri istisna etmirik. Ölkənin təhlükəsizliyini gücləndirməklə yanaşı, münaqişənin bölgəmizə yayılmasının qarşısını almaq üçün dialoq və diplomatiya yolu ilə çalışırıq".