BAKI, 30 aprel. TELEQRAF

“Ermənistan İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə bütün üzv ölkələrin nümayəndələrini, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskini gözləyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.

Ermənistan mediası bundan əvvəl Volodimir Zelenskinin may 4-də İrəvanda keçiriləcək sammitdə iştirak edəcəyi barədə məlumat yaymışdı.