BAKI, 11 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Yaxın Şərqdə artan gərginliyi müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıq zamanı tərəflər İranın Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin ərazisinə davam edən hücumlarını müzakirə ediblər.

Feysal bin Fərhan və Marko Rubio cari vəziyyətə mümkün cavab tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər krallığın təhlükəsizliyini təmin etmək, vətəndaşlarını və sakinlərini qorumaq üçün baş verən hadisələrə cavab yolları barədə fikir mübadiləsi aparıblar.