BAKI, 3 noyabr. TELEQRAF

Liviyanın ali dini qurumu olan Dar əl-İfta müsəlmanlara "Nike" loqotipi olan geyimləri almağı, satmağı və istifadəni qadağan edən fətva verib.

Teleqraf xəbər verir ki, sənəd ölkənin baş müftisi Sadiq əl-Ğaryan tərəfindən təsdiqlənib.

Dini qərarda vurğulanır ki, "Nike" adı qədim yunan qələbə ilahəsi Nikenin adından gəlir və şirkətin məşhur loqotipi onun qanadlarından ilhamlanıb. Dini komitəyə görə, belə bir simvolu olan geyim geyinmək şirklə əlaqəli obrazları təbliğ etmək deməkdir.

Bundan əlavə, komitə "Nike" şirkətini İsraili dəstəkləməkdə günahlandırıb.