BAKI, 9 mart. TELEQRAF
İran Silahlı Qüvvələri İsrailə və ABŞ hərbi bazalarına hipersəs raketləri ilə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
IRIB telekanalının "Telegram" səhifəsində yayımlanan açıqlamada bildirilir ki, hücumlar zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub.
Məlumata görə, həyata keçirilən zərbələr zamanı müəyyən edilmiş bütün hədəflər vurulub.
Qeyd edək ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu öldürülən ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneiyə sədaqət andı içdiyini açıqlamışdı. O, İranın yeni ali lideri seçilib.