BAKI, 11 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yeni görüşün təşkili ilə bağlı Moskvaya rəsmi təklif daxil olmayıb.

Teleqraf xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən Moskvanın bu məsələ ilə bağlı yeni təklif almadığını bildirib.

“Xeyr”, - deyə Peskov müvafiq suala cavab verib.

O, həmçinin Rusiyanın Budapeşti mümkün görüş məkanı kimi nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavab olaraq bildirib ki, hazırda bu məsələ müzakirə olunmur.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff CNBC telekanalına müsahibəsində Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün gələn həftə keçirilə biləcəyini demişdi.