BAKI, 11 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Yanğın Nəzarəti İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən Şəki şəhərində keçirilən “Könüllü Baharı-2” Azərbaycan könüllülərinin yaz düşərgəsində təlimlər keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən keçirilən tədbirdə 7 qrup üzrə bölünmüş 125 nəfərdən ibarət könüllülərə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki təlimlər təşkil edilib.
Təlimlərdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda fotoslayd və videoçarxlar vasitəsilə məlumatlar verilib, xilasetmə metodları əyani şəkildə nümayiş etdirilib, xüsusi texnika və avadanlıqların iş prinsipləri izah olunub, suallar cavablandırılıb.
Həmçinin, təlimin gedişatında könüllülərin iştirakı ilə “manelər xətti”, “zərərçəkmişə yardımın göstərilməsi” və “yanğın hədəfi” mövzularında təşkil edilmiş əyləncəli komanda oyunlarında iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.