BAKI, 11 mart. TELEQRAF

Braziliyanın "Sport Resifi" klubunun futbolçusu Marselo Ajul "Qarabağ"ın maraq dairəsinə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Ağdam təmsilçisinin 23 yaşlı müdafiəçi ilə bağlı ilkin danışıqları Pernambukanu ştatı çempionatının finalından əvvəl baş tutub.

Məlumata görə, Azərbaycan çempionunun təqdim etdiyi maliyyə şərtləri "Sport Resifi" rəhbərliyini qane etməyib.

Cari mövsümdə keçirdiyi 7 matçda 2 qol vuran oyunçu "Nautiko"ya qarşı keçirilən final görüşündə də (3:0) iştirak edib.

Qeyd edək ki, Marselo Ajulun "Sport Resifi" ilə müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədərdir. Klub rəhbərliyi müdafiəçiyə artan marağı nəzərə alaraq onunla yeni sözləşmə imzalamağa çalışır. Ajulun bazar dəyəri 100 min avrodur.