BAKI, 11 mart. TELEQRAF
Gürcüstan daxili işlər nazirinin müavini Giorgi Saxokiya Tbilisidə səfərdə olan Qazaxıstan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirib.
Teleqraf xəbər verir ki, tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx əlaqələr və gələcək əməkdaşlıq prioritetlərini müzakirə ediblər.
İki ölkənin daxili işlər nazirləri tərəfindən fevralın 23-də imzalanmış və transmilli mütəşəkkil cinayətkarlıq, narkotik cinayətkarlığı və kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı nəzərdə tutan memoranduma xüsusi diqqət yetirilib.
Səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Qazaxıstan Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.