BAKI, 11 mart. TELEQRAF

İran ABŞ ilə danışıqlar prosesinin yenidən başlanması üçün Vaşinqtona bir sıra şərtlər təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, Tehranın irəli sürdüyü şərtlər arasında İslam Respublikasına qarşı hücumların dayandırılmasına dair zəmanətlər, dəymiş ziyana görə kompensasiya ödənilməsi və İranın nüvə yanacağı dövranını həyata keçirməsinə imkan verilməsi yer alır.

Bundan əvvəl İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirmişdi ki, Tehran düşmənə dərs vermədən və İran xalqına qarşı yeni hərbi əməliyyatların ideyasının qarşısını almadan atəşkəsə razı olmayacaq.