BAKI, 11 mart. TELEQRAF

“Məni aldadan məmurları bir-iki gün ərzində müəyyən edirəm”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Joqorku Keneşin iclasında deyib.

“Bu barədə bir-iki gün ərzində məlumat əldə edirəm, yalnız nadir hallarda bir həftə çəkə bilər”, - o bildirib.

Japarov bu cür hallara reaksiyası barədə də danışıb:

“Necə reaksiya verdiyimi hər kəs görür. Müntəzəm olaraq rəhbərləri dəyişirik, bəzən bir həftə ərzində bir və ya iki naziri əvəz edirik”.