BAKI, 11 mart. TELEQRAF

Cari ilin martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,7% artaraq 865,4 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,1% artaraq 59,6 min təşkil edib.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,5 faiz artıb və 236,4 min olub.