BAKI, 11 mart. TELEQRAF

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani beynəlxalq ictimaiyyəti İrana qarşı aparılan müharibəni dayandırmaq üçün təcili addımlar atmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə iranlı diplomat jurnalistlərə açıqlamasında bildirib.

Əmir Səid İravani qeyd edib ki, beynəlxalq ictimaiyyət İran xalqına qarşı aparılan müharibənin dayandırılması üçün dərhal hərəkətə keçməlidir.

Onun sözlərinə görə, İran öz xalqını, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcək. Diplomat vurğulayıb ki, Tehran bu istiqamətdə qətiyyətli addımlar atmaq niyyətindədir.