BAKI, 11 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Özbəkistan hüquq-mühafizə orqanlarının əməkdaşları 45 mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb və axtarışda olan 533 nəfəri saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Cinayətkarlıqla mübarizə çərçivəsində iki ay ərzində 6025 xüsusi əməliyyat tədbiri, 806 reyd və 2876 axtarış aparılıb.
Son iki ayda 3150 cinayət işi açılıb. 2934 şəxsə inzibati cəza tətbiq edilib, 980 nəfər həbs edilib.