BAKI, 11 mart. TELEQRAF

ABŞ və İsrail silahlı qüvvələri İranda hərbi əməliyyatlar zamanı mülki obyektlərə zərbələr endirir.

Teleqraf xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail İran və İran xalqına qarşı fasiləsiz hücumlarını davam etdirir.

“Hazırda ABŞ və İsrail rejimi gecə-gündüz fasiləsiz şəkildə İrana və İran xalqına qarşı kütləvi hücumlarını davam etdirir. Onlar ölkəmizin bütün ərazisində mülki əhaliyə və mülki infrastruktura qəsdən və seçimsiz zərbələr endirirlər”, - deyə diplomat qeyd edib.

İrəvani əlavə edib ki, ABŞ və İsrail beynəlxalq hüquqa heç bir hörmət göstərmir və sıx məskunlaşmış yaşayış məntəqələri, eləcə də mühüm mülki infrastruktur obyektlərini hədəfə alır.